🏡 Xətai rayonu, ALİ Məhkəmə yaxınlığında yerləşən gözəl neoklassik üslubda, geniş və hər cür şəraiti olan xoş auralı 3 otaqlı əşyalı mənzil satışa çıxarıldı ✨
🛋 Mənzildə olan bütün mebellər sevgi ilə və səliqəli istifadə olunduğu üçün ideal vəziyyətdədir. Bütün mebellər xaricdən gətirilib, hətta qonaq otağının mebeli xüsusi əntiq mebeldir 🤍 mebellər qalacaqsa 495000
🛏 Uşaq otağında yeni, demək olar istifadə olunmamış 2 mərtəbəli yataq da mövcuddur ✨
☀️ Qonaq otağı 30 kvadratmetrdir, geniş və gün düşən otaqdır. Burada istirahət edərkən işıq dolu və rahat atmosferin həzzini yaşayacaqsınız 🌤
🪵 Mənzilin bütün döşəməsi yüksək keyfiyyətli parketdir və evə xüsusi istilik, rahatlıq və premium görüntü bəxş edir ✨
🔥 İstilik sistemi kombidir və mənzil qış aylarında olduqca isti və komfortlu olur.
🌊 Mənzilin geniş eyvanı, təmirli bloku və Xəzər dənizinə möhtəşəm mənzərəsi vardır 🤍
🛁 Mənzildə 2 sanitar qovşağı mövcuddur, onlardan biri böyük yataq otağının daxilində yerləşir 🚪
😍 Mənzili gördüm və valeh oldum. İndi növbə sizdə.
🚘 Bundan əlavə olaraq, binanın parkinqində 2 avtomobillik saxlama yeri də mövcuddur. Parkinq ayrıca qiymətə satılır.