Xətai rayonu, 8 Noyabr prospekti ilə Gəncə prospektinin kəsişməsində yerləşən bu mənzil möhtəşəm dəniz və panorama şəhər mənzərəsi ilə seçilir. Yüksəklikdən bütün Bakını izləmək, bayram salütlarını isə birbaşa eyvandan seyr etmək ayrı bir zövq verir.
Mənzil yelçəkəndir, havası təmizdir və geniş planlanması sayəsində otaq bölgüsünü istədiyiniz formada dəyişmək mümkündür. 2 eyvanı mövcuddur.
Həm yerləşmə, həm mənzərə, həm də potensial baxımından çox avantajlı seçimdir. Qeyd olunan məbləğ isə bu bina üzrə hazırda yerləşdirilən ən uyğun və ən sərfəli qiymətlərdən biridir.
Çıxarışın yaxın zamanlarda verilməsi nəzərdə tutulur.